“Boş qalan yer yeni deputatla təmin olunmalıdır.” “Boş qalan yer yeni deputatla təmin olunmalıdır.”

Parlamentə növbədənkənar seçkilər keçiriləcək- Rəsmi açıqlama

“Boş qalan yer yeni deputatla təmin olunmalıdır.”

Bunu AzNewa.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədli bəyan edib.

Natiq Məmmədli qeyd edib ki, qanunvericiliyə görə, seçkinin keçirilməsi üçün müəyyən prosedur qaydaları var: “Həmin prosedur qaydalar başa çatandan sonra bəlli bir müddətdə araşdırmalar aparılır. Ondan sonra isə seçkinin keçirilib-keçirilməməsinin mümkünlüyü müəyyən edilir. Əgər mümkün sayılırsa, əlbəttə ki, seçki keçirilir və boş qalan yer yeni deputatla təmin olunmalıdır.”

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində qəsəbə sakinləri ilə görüş keçirib. Mehriban Əliyeva həmin görüşdə seçicilərinə Milli Məclisdə öz fəaliyyətini dayandıracağını bildirib.

Bahar RÜSTƏMLİ

AzNews.az