Vitse-spikerlə İqbal Ağazadə arasında mübahisə yaranıb Vitse-spikerlə İqbal Ağazadə arasında mübahisə yaranıb

“Bura uşaq bağçası deyil” - DEPUTATA İRAD

Vitse-spikerlə İqbal Ağazadə arasında mübahisə yaranıb



Milli Məclisin 2013-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələ müzakirə olunarkən vitse spiker Ziyafət Əsgərovla İqbal Ağazadə arasında mübahisə yaranıb. İqbal Ağazadə Seçki Məcəlləsinin müzakirə edilməsi haqqında məsələnin plana salınmasını təklif edib.

Beş dəqiqəlik çıxışdan sonra vitse spiker Ağazadənin mikrafonunu kəsib. Bundan sonra İqbal Ağazadə ona çıxış üçün beş dəqiqə verilməsini tələb edib.
Viste spiker isə söyləyib ki, deputatların 5 dəqiqə çıxış etməsi üçün ümumi razılıq əldə edilib və deputatlar bu qərarı dəstəkləyib: "Ona görə də, hesab edirəm ki, ümumi qərara hörmət eləmək lazımdır".

İqbal Ağazadə isə yenidən ona vaxt ayrılmasını tələb edib. Bu zaman spiker Ümid sədrinə daha 1 dəqiqə verilməsi üçün göstəriş verib. Amma Ağazadə bununla razılaşmayaaraq 5 dəqiqə tələb edib. Bu an Ziyafət Əsgərov İqbal Ağazadəyə 1 dəqiqə vaxt da verməyib və sözü Sabir Rüstəmxanlıya verib. İqbal Ağazadə isə Sabir Rüstəmxanlıdan hüquqlarının müdafiə olunmasını xahiş edib. İqbal Ağazadənin məsələsini qaldıran Sabir Rüstəmxanlıya vitse spiker ciddi reaksiya verib:

"Sabir müəllim siz uzun illərin deputatısınız. Bilirsiniz ki, Milli Məclisin qərarlarına hörmət eləmək lazımdır. İqbal Ağazadə çox şey istəyə bilər. Bura uşaq bağçası deyil ki...".

İlkin
AzNews.az