00:55
(077) 610-22-33

Zakir Qaralov İsmayıllı hadisələrindən danışdı

  • >
286 1 Fevral 2013 15:24 | Siyasət

Azərbaycanın baş prokuroru Zakir Qaralov İsmayılı hadisələrinə münasibət bildirib.




Z. Qaralov bu gün keçirilən kollegiya iclasında separatçılıq, dini ekstremizm və destruktiv qüvvələrin baş verə biləcək pozucu hərəkətlərinin, digər təhlükəli meylilərin aradan qaldırılması istiqamətində səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verib.

Kollegiyada çıxış edən Z. Qaralov 2013-cü ildə ölkənin həyatında çox mühüm siyasi kampaniya və taleyüklü bir məsələ olan Azərbaycan prezidentinin seçkilərinin keçirilməsi ilə əlaqədar Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə azad və demokratik seçkilərin keçirilməsinin əsas şərti kimi Azərbaycan Respublikası ərazisində ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun stabilləşdirilməsinə yönəldilmiş qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, Azərbaycan vətəndaşlarının öz iradəsini azad ifadə etməsi üçün təhlükəsiz şəraitin yaradılması, mütəmadi olaraq yerlərdə vəziyyət öyrənilməklə aşkar edilmiş problemlərin, o cümlədən dini ekstremizm, separatçılıq və destruktiv qüvvələrin baş verə biləcək pozucu hərəkətlərinin, digər təhlükəli meyllərin aradan qaldırılması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verib.

Qeyd edib ki, son dövrlərdə Bakı şəhərində və İsmayıllı rayonunda baş vermiş destruktiv qüvvələrin təsiri altında ölkədə ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaş qarşıdurması yaradılmasına, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsində və əmlaka ziyan vurulmasında ifadə olunan qanunsuzluqlara yol verilməsi faktlarına görə başlanmış cinayət işləri üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilməklə bütün təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və belə halların təkrarlanmaması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilir.

AzNews.az
Bağla X