09:34
(077) 610-22-33

Təqsir qanunda deyil, siyasi fəaliyyətdədir

  • >
416 1 Fevral 2013 20:37 | Siyasət

Gülağa Aslanlı: “Qanunda demokratik dəyişiklik seçkinin demokratik keçirilməsi imkanları artır”



Sərdar Cəlaloğlu: "Qanunun özü azad və ədalətli seçki keçirməyə imkan vermir"

Seçki məcəlləsində bir sıra dəyişikliyi zəruri sayan müxalifət hesab edir ki, hazırkı qanunla azad və ədalətli seçkinin keçirilməsi mümkün deyil. Müxalif siyasilərin fikirləri ilə razılaşmayan hakimiyyət təmsilçiləri isə düşünür ki, etirazçı qüvvələrin məğlubiyyəti qanunla deyil, onların özlərinin zəifliyi ilə bağlı məsələdir. Əgər müxalifətin təklifləri nəzərə alınaraq, qanunda öz əksini taparsa, o zaman bu, seçki prosesində nə dərəcədə əksini tapa və müxalifəti də razı sala bilər?

Müsavat başqanının müavini Gülağa Aslanlı AzNews.az-a deyib ki, seçkilərin demokratik keçirilməsində başlıca şərt ölkə başçısının siyasi iradə nümayiş etdirməsidir. O qeyd edib ki, belə olarsa, hətta ən pis qanunla normal seçki keçirmək olar: "Seçki qanunun standartlara uyğun olması seçkidə iştirak edənlərə seçki saxtakarlıqlarının qarşısını almaqda kömək edir. Qanunda demokratik dəyişiklik olandan sonra həm də seçkinin demokratik keçirilməsi imkanları artır".

ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, seçkilərin demokratik keçirilməsi üçün üç əsas şərt vacibdir. Onun fikrincə, qanunbericilik bazasında boşluqların aradan qaldırılması, siyasi iradə və seçkidə iştirak üçün ressursların ədalətli bölgüsü həllini taparsa, bu tərəfləri razı sala bilər. ADP sədri onu da deyib ki, qanunvericilikdə nəzərdə tutulan dəyişiklilər edilsə belə ölkədə demokratik seçki keçiriləcəyini düşnmək olmaz: "Əslində indiki ceçki məcəlləsi ilə də qanunu seçki keçirmək olar. Ola bilər ki, ölkədə demokratik seçki keçirilsin, amma qanuni bərabərlik olmasın. Məsələn İranda belədir. Avropada isə həm qanuni, həm də bərabər seçki var. Bizsə Azərbaycanda qanuni olmasa da demokratik seçki keçirə bilərik. Çünki qanunun özü azad və ədalətli seçki keçirməyə imkan vermir".

Gültəkin
AzNews.az



Bağla X