05:00
(077) 610-22-33

“İnanmıram ki, pulla deputatları ələ almaq mümkün olsun”

  • >
273 2 Fevral 2013 10:44 | Siyasət

Çingiz Qənizadə: “Azadlığa çıxması vacib olan şəxslərin işi əngəllənir”



"Obyektivlikdən kənar, qərəzli, qeyri-peşəkar iş apararaq Azərbaycanda olmadan internet vasitəsilə ötürülən informasiyaları ümumiləşdirərək 85 məhbusun adını qeyd etmişdilər. Bu da yolverilməzdir. Oraya 5-10 nəfərin adını daxil etmək olardı".

Bunu AzNews.az-a hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycanda "siyasi məhbuslar"la bağlı hesabatın qəbul edilməməsindən danışarkən deyib. Deputat bildirib ki, 5-10 nəfərin azadlığa buraxılması üçün iş aparılır:

"Ştrasserrin siyahısına terrorçuların, radikal dini qruplaşmalara daxil olan dəstə üzvlərinin, eyni zamanda dələduzluqla məşğul olan insanların adlarının salınması düzgün deyildi. Maraqlıdır, həmin insanların vəkilləri tərəfindən bu təkliflər göndərilib. Təbii ki, vəkillər pullu xidmət göstərirlər. O da buna görə nəyin bahasına olursa olsun, müdafiə etdiyi şəxsin azadlığa buraxılmasına çalışır. Belə olan halda bizim işimiz ləngiyir, azadlığa çıxması vacib olan şəxslərin işi əngəllənir".

Millət vəkili "siyasi məhbus"larla bağlı siyahının qəbul edilməməsinə görə hakimiyyətin avropalı deputatlara külli miqdarda pul verməsi ittihamlarına da cavab verib:

"İnanmıram ki, külli miqdarda pul verməklə deputatları ələ almaq mümkün olsun. Həyatda hər şey ola bilər, bir deputat kiminsə xətrinə səs verə bilər. Amma bu, ümumilikdə mümkün deyil".

İlkin
AzNews.az

Bağla X