Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi “Twitter” səhifəsində Londonda baş vermiş terror aktını pisləyib. Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi “Twitter” səhifəsində Londonda baş vermiş terror aktını pisləyib.

Rəsmi Bakı Londonda baş vermiş terroru pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi “Twitter” səhifəsində Londonda baş vermiş terror aktını pisləyib.

AzNews.az xəbər verir ki, yayılan bəyanatda terrordan əziyyət çəkən ölkə kimi Azərbaycan Londonda baş verən terror aktını qəti şəkildə pisləyib.

Xatırladaq ki, 22 mart tarixində Londonun Vestminister körpüsündə şəxsiyyəti açıqlanmayan bir nəfər avtomobili insanların üzərinə sürüb. Daha sonra avtomobildən enən şəxs bıçaqla insanlara hücum edərək, parlamentin binasına daxil olmağa çalışıb. Amma hüquq-mühafizə orqanları onu zərərsizləşdirə biliblər. Nəticədə, 4 nəfər ölüb, 40 nəfər yaralanıb.