Böyük Britaniyanın paytaxtı Londonda martın 22-də törədilən terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində Britaniyanın dövlət bayrağı yarıyadək endirilib. Böyük Britaniyanın paytaxtı Londonda martın 22-də törədilən terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində Britaniyanın dövlət bayrağı yarıyadək endirilib.

Bir sıra Avropa ölkələrinin Azərbaycan səfirliklərində bayraqları endirildi

Böyük Britaniyanın paytaxtı Londonda martın 22-də törədilən terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində Britaniyanın dövlət bayrağı yarıyadək endirilib.

AzNews.az xəbər verir ki, bu barədə "Report"a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Böyük Britaniya səfirliyi ilə yanaşı Avropanın bir sıra ölkələrinin Azərbaycandakı səfirliklərində də həmrəylik işarəsi olaraq dövlət bayraqları yarıyadək endirilib.

Xatırladaq ki, İŞİD terror təşkilatı ilə bağlı olan britaniyalı maşını idarə edərək Vestminster körpüsündə olan bir neçə nəfəri əzib. Nəticədə 4 nəfər həlak olub, onlarla insan yaralanıb.