Rusiya prezidenti Vladimir Putin Kremldə Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin dəvəti ilə Moskvaya gələn Fransa prezidentliyinə namizəd Marin Le Pen ilə görüşüb. Rusiya prezidenti Vladimir Putin Kremldə Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin dəvəti ilə Moskvaya gələn Fransa prezidentliyinə namizəd Marin Le Pen ilə görüşüb.

Putin Le Penlə görüşdü

Rusiya prezidenti Vladimir Putin Kremldə Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin dəvəti ilə Moskvaya gələn Fransa prezidentliyinə namizəd Marin Le Pen ilə görüşüb.

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin görüşdə bildirib ki, Le Pen Avropada sürətlə inkişaf edən siyasi qüvvələr spektrini təmsil edir: “Əlbəttə, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və o cümlədən, Avropada cərəyan edən hadisələr haqqında sizinlə fikir mümadiləsi aparmaq çox maraqlı oldu. Eyni zamanda, Rusiya Fransa ilə münasibətlərə böyük əhəmiyyət verir və cari hökumət və müxalifət nümayəndələri ilə əlaqə saxlamağa çalışır”.

“Biz qətiyyən baş verən hadisələrə təsir göstərmək istəmirik, ancaq, biz tərəfdaşlarımız olan Avropa və ABŞ kimi, bütün siyasi qüvvələrin nümayəndələri ilə ünsiyyət yaratmaq hüququmuzu özümüzdə saxlayırıq”- deyə Putin əlavə edib.

Öz növbəsində, Le Pen də Moskva və Fransa arasında dərin mədəni, iqtisadi və strateji əlaqələrin olduğunu bildirib.