Azərbaycan prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb. Azərbaycan prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb.

İlham Əliyev Banqladeş prezidentini təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb.

AzNews.az prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.