Azərbaycan prezidenti İlham Əliyev də gəncdir, ona görə bu qədər Azərbaycanda idmana, gəncliyə, sağlamlığa, əhval ruhiyyəyə, gözəlliyə diqqət ayrılır”. Azərbaycan prezidenti İlham Əliyev də gəncdir, ona görə bu qədər Azərbaycanda idmana, gəncliyə, sağlamlığa, əhval ruhiyyəyə, gözəlliyə diqqət ayrılır”.

“İnanıram ki, gələcək nəsil dövlətimizi bizdən yaxşı təmsil edəcək”

Azərbaycan prezidenti İlham Əliyev də gəncdir, ona görə bu qədər Azərbaycanda idmana, gəncliyə, sağlamlığa, əhval ruhiyyəyə, gözəlliyə diqqət ayrılır”.





Bunu Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 2 Fevral - Gənclər Günü münasibətilə keçirilən tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O bildirib ki, 2 fevral - Gənclər Gününün təməlini Heydər Əliyev qoyub: "1997-ci ildə Heydər Əliyevin təsdiq etdiyi gündən başlayaraq hər il Azərbaycanın ən layiqli, xalqını ölkədə və ölkənin sərhədlərindən kənarda təmsil edən ən istedadlı gəncləri təltif edilir.

Mən bütün Azərbaycan gəncliyini təbrik edirəm. Qoy, onlar bu gün Azərbaycan dövlətinin, prezident İlham Əliyevin onlara yaratdığı şəraitdən istifadə edərək, bizdən bir baş yuxarı qalxsınlar, bizdən bir neçə addım irəli getsinlər və dövlətimizi, millətimizi layiqincə təmsil etsinlər".

O, Azərbaycan gəncliyinə inandığını və ölkənin inkişafına stimul verəcəyini də qeyd edib: "Bu zalda toplanan gəncliyə baxanda adam inanır ki, sözün həqiqi mənasında belə də olacaq və bundan sonrakı nəsil dövlətimizi bizdən daha yaxşı təmsil edəcək".