Belarus Prezidenti Aleksandr Lukaşenko bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə danışıb. Belarus Prezidenti Aleksandr Lukaşenko bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə danışıb.

“Onu heç kəs təhvil almaq istəmirdi” - Lukaşenko Lapşindən danışdı

Belarus Prezidenti Aleksandr Lukaşenko bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə danışıb.

Trend-in məlumatına görə, A.Lukaşenko Ermənistanın bu məsələ ilə bağlı heç bir əlaqəsi olmadığını deyib.

O, bu fikirlərini Ermənistanın Belarusdakı səfiri Armen Xaçaturyanla görüşü zamanı səsləndirib. “Ermənistanın bu işlə nə əlaqəsi var? Heç Ermənistan mənə A.Lapşinlə bağlı heç ne deməyib. Lapşin bir ölkə - Azərbaycan tərəfindən axtarışa verilmişdi”.

Aleksandr Lukaşenko əlavə edib: “İnterpol bilirdi. Biz məlumat vermişdik. Bəs kimə təhvil verməli idik? Kim onu axtarışa vermişdisə, ona da təhvil verdik. Ümumiyyətlə sizə ilk dəfə belə bir söz açıqlayım ki, onu heç kəs təhvil almaq istəmirdi. O, 3 ölkənin vətəndaşı idi – amma həmin ölkələrdən heç biri onu istəmirdi”.

AzNews.az