Vasif Talıbov infarkt keçirib?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov infarkt keçirib. Bu barədə Elitar.Az saytına Naxçıvanda yaşayanlar məlumat verib. Onların dediklərinə görə Naxçıvan xanı infarkt keçirdikdən sonra vəziyyəti pisləşib. Daha sonra Talıbovu Türkiyədəki məşhur klinikalardan birinə aparıblar. Məlumatda bildirilir ki, Naxçıvan xanı hazırda Türkiyədə müalicə alır.

Lakin Vasif Talıbovun hazırda durumunun nə yerdə olduğu haqda və infarkt keçirməsinin səbəbləri bildirilməyib.

Bildirək ki, Vasif Talıbovun səhhətinin pisləşməsi ilə bağlı xəbərlərin rəsmi təsdiqi yoxdur. Mövzunu diqqətlə saxlayacağıq.

AzNews.az