“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşü ürəkaçan olmayıb” “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşü ürəkaçan olmayıb”

Araz Əzimov pessimist ovqatda danışdı

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşü ürəkaçan olmayıb”




Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdəki son görüşü də nəticə baxımdan fərqlənmir. Bizi razı salmayan bir ənənə yaranıb". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov verib.

O, Ermənistan xarici işlər nazirinin görüşdə nümayiş etdirdiyi mövqenin əvvəlki görüşlərdən fərqlənmədiyini deyib: "Paris görüşü də ürəkaçan olmayıb. Ermənistana tərəfə çatdırmaq istədiyimiz təkliflər bəlkə də heç düşünülmədən qəbul edilmədi. Eyni zamanda qarşı tərəfdən bəzi kritik mesajların verildiyini də nəzərə alsaq, bəlkə də mənfi inkişafa doğru meyl hiss olunur. Minsk prosesinə yeni bir təşəbbüs verilməlidir. Azərbaycana tərəfi bu təşəbbüsü irəli sürüb. Təəssüflər olsun ki, Ermənistan isə buna müsbət cavab vermir".

AzNews.az