“Gülər Əhmədovanın köməkçisi ilə dostluq münasibətlərimiz var” “Gülər Əhmədovanın köməkçisi ilə dostluq münasibətlərimiz var”

“Rəsul Quliyev “Mərkəz” qəzetinə maliyyə ayırmaz”

“Gülər Əhmədovanın köməkçisi ilə dostluq münasibətlərimiz var”



Mətbuatda yayılan məlumata görə, ACP lideri Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu sabiq deputat Gülər Əhmədova ilə əməkdaşlıq edilməsi ilə bağlı razılaşma əldə ediblər. Hətta A.Şakiroğlu G.Əhmədovanın keçmiş köməkçisi Əhməd Şahidova məxsus olan kiv.az saytının baş redaktorudur. Məlumatlar da o da bildirilir ki, Rəsul Quliyev fəaliyyəti dayandırılmış "Mərkəz" qəzetinin bərpa edilməsi üçün maliyyə ayıracaq.

Ağasif Şakiroğlu AzNews.az-a açıqlamasında deyilənləri təkzib etdi. O bildirdi ki, Gülər Əhmədovanın keçmiş köməkçisi Əhməd Şahidovla yaxın dost olsa da, bunun G.Əhmədovaya heç bir aidiyyəti yoxdur: "Əhməd Şahidovla həm də qonşuyam. Kiv.az saytı 2005-ci ildə fəaliyyətə başlayıb. Radikal sayt kimi özünü təsdiqləmişdi. Rəhbəri də Şahidov olub. 2011-ci ildə Ə.Şahidovdan saytın təsisçiliyini mənə verməsini xahiş etdim. O isə buna etiraz etdi. Daha sonra belə razılaşdıq ki, adım saytda baş redaktor kimi qeyd edilsin. Hazırda isə o saytla heç bir əlaqəm yoxdur. Adımın hələ də saytda baş redaktor kimi göstərilməsi texniki səhvdir. Bu da aradan qaldırılacaq. Yəni kiv.az-ın Rəsul Quliyevə dəxli yoxdur".

A.Şakiroğlu qeyd edib ki, Rəsul Quliyev "Mərkəz" qəzetinə maliyyə ayırmaz: "Reputasiyası zəif olan qəzeti niyə işlədirik ki. Maliyyə ayrılırsa, əvvəllər fəaliyyət göstərmiş qəzetlərimiz bərpa edərik. Bütün bu informasiyalar Rəsul Bəyi çirkaba bulaşdırmaq məqsədi güdür".

İlkin
AzNews.az