18:31
(077) 610-22-33

Avropalı deputat Xocalı aeroportundan danışdı

  • >
403 4 Fevral 2013 14:06 | Siyasət

Avropa Parlamentinin üzvü Kristiina Ojulan Dağlıq Qarabağda Xocalı aeroportunun yenidən açılmasına dair atılan hər bir addımı ciddi şəkildə qınayır.



Bunu parliametari Ermənistanın Xocalı aeroportu barədə planlarına dair sualı cavablandırarkən deyib. Bu barədə Trend-ə Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.

"Azərbaycan ərazisi olan və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağda Xocalı aeroportunun yenidən açılmasına dair atılan hər bir addımı ciddi şəkildə qınayıram", - Kristiina Ojulan deyib.
O qeyd edib ki, bu hərəkət, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi ziyan vurmaqla bərabər, beynəlxalq hüququ, yəni BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini və Çikaqo Konvensiyasını pozacaqdır.
"Xocalı aeroportunun yenidən açılışının ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə keçirilən sülh danışıqlarına olduqca mənfi təsiri olacaqdır. Bundan əlavə, Ermənistan rəhbərliyinin məsuliyyətsiz təşəbbüsü AB-nin, bütövlükdə sülh prosesində etdiyi cəhdlərinə hörmətsizlik kimi qəbul edilə bilər", - deyə Kristiina Ojulan vurğulayıb.

O qeyd edib ki, bu planın 1992-ci ildə baş vermiş Xocalı faciəsi ilə bağlı simvolizmi nəzərə alsaq, bu cür hərəkət, hətta daha sonra bütün regionda gərginliyin artmasına gətirib çıxaracaqdır.

AzNews.az
Bağla X