10:21
(077) 610-22-33

Vasif Talıbovun səhhəti ağırdır, Türkiyədə “Memorial” xəstəxanasında müalicə alır

  • >
806 4 Fevral 2013 14:49 | Siyasət

Naxçıvan Ali Məclisinin sədri ürək-qan damar sisteminin xəstəliklərindən əziyyət çəkir




Fevralın 3-də infakt keçirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin İstanbul şəhərindəki "Memorial" xəstəxanasına yerləşdirilib. Bu barədə "musavat.com" a məlumat verən Naxçıvan Ali Məclisində çalışanlardan biri qeyd edib ki, həkimlərin ilkin müayinəsi zamanı Vasif Talıbovda ciddi ürək-qan damar xəstəlikləri aşkar olunub.

Məlumatı verən mənbənin sözlərinə görə, infakt keçirən V.Talıbov həkimlərin nəzarətinə götürülüb: "Dəqiq diaqnoz Amerikadan gələn professorların müayinəsindən sonra qoyulacaq".

Nəzərinizə çatdıraq ki, 1960-cı il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aralıq kəndində anadan olan Vasif Talıbov Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1981-ci ildə Şərur rayon Dəmirçi kənd orta məktəbində müəllim işləmiş, 1982-1983-cü illərdə sərhəd qoşunlarında hərbi xidmətdə olub. 1983-cü ildən Naxçıvan Tikiş, Trikotaj və Xalça məmulatları İstehsalat Birliyində Kadrlar üzrə təlimatçı, xüsusi şöbənin rəisi vəzifələrində çalışıb. 1991-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci köməkçisi, 1994-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini vəzifələrində işləyib. 1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. "Şöhrət" ordeni ilə təltif olunub.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının, İdarə Heyətinin və Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür.
1995-ci ildə birinci, 2000-ci ildə ikinci, 2005-ci ildə üçüncü və 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilib. Evlidir, 3 övladı var.

Qeyd edək ki, fevralın 3-də Vasif Talıbovun səhhətinin pisləşməsi ilə bağlı "Elitar.az"a saytına Naxçıvanda yaşayanlar məlumat vermişdilər. Onların dediklərinə görə Naxçıvan xanı infarkt keçirdikdən sonra vəziyyəti pisləşib. Dərhal Türkiyəyə aparılıb.

Xatırladaq ki, Vasif Talıbovun səhhətinin pisləşməsi ilə bağlı xəbərlər rəsmi təsdiq olunmayıb. Mövzu ilə bağlı Naxçıvan Ali Məclisi ilə əlaqə yaratmaq cəhdlərimiz heç cür alınmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.

AzNews.az
Bağla X