Tofiq Yaqublu həbs olundu

"Müsavat" partiyasının başqan müavini Tofiq Yaqubluya ittiham elan olunub. Bu barədə Müsavat funksioneri Yeganə Hacıyeva məlumat verib. Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Vəkil deyib ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Tofiq Yaqublu barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, T.Yaqublu və "REAL" hərəkatının sədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıda olaraq əhalini iğtişaşlarda iştirak eməyə çağırmaqda ittiham olunurlar.