11:59
(077) 610-22-33

Parlamentdən Səfər Əbiyevə aşağılayıcı jest

  • >
260 4 Fevral 2013 18:05 | Siyasət

Milli Məclis daha bir qanun layihəsini Müdafiə Nazirliyinin rəyi olmadan müzakirəyə çıxarır




Milli Məclis daha bir qanun layihəsini Müdafiə Nazirliyinin rəyi olmadan müzakirəyə çıxarır. Parlamentdən APA-ya verilən məlumata görə, bu, "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" qanun layihəsidir.

Layihə Milli Məclisin yaz sessiyasında Təhlükəsizlik və müdafiə komitəsinin iş planına daxil edilib və komitənin yaxın günlərdə keçiriləcək iclaslarının birində müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, layihədə əlavə hərbi birləşmələrin yaradılmasına zəmin yaradacaq müddəalarla bağlı dəyişikliklər nəzərdə tutulur.

Xatırladaq ki, Təhlükəsizlik və müdafiə komitəsi yaz sessiyasında işlər planına daxil etdiyi digər sənədi - "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsini də bu sessiyada Müdafiə Nazirliyinin rəyi olmadan müzakirəyə çıxarır.

Parlamentdən bildirilib ki, məhz MN-in rəy verməməsi səbəbindən hər iki layihənin ötən sessiyada müzakirəyə çıxarılması mümkün olmayıb.

Ümumilikdə, yaz sessiyasında komitənin gündəliyinə yalnız bu iki sənəd daxil edilib.

AzNews.az
Bağla X