10:25
(077) 610-22-33

Obama Xocalı bəyanatını verəcəkmi? -VİDEO

  • >
429 4 Fevral 2013 21:51 | Siyasət

100 min səsin toplanmasının vacib olduğu petisiyaya hələlik 10 minə yaxın səs verilib



Xocalı soyqırımını anmaq məqsədilə Ağ evin rəsmi saytında yerləşdirilmiş petisiyanın imzalanması prosesinin son tarixi fevralın 25-ə qədər 100 000 adamın səs verməsi tələb olunur.


Bununla bağlı kampaniya Amerika Azərbaycanlıları Şəbəkəsinin rəhbəri Adil Bağırov tərəfindən başladılıb və "Xocalıya səs verək" petisiyası yaradılaraq Ağ evin rəsmi səhifəsində yerləşdirilib. Kampaniyanın təşkilatçıları bildirir ki, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqla, biz təkcə insanlara qarşı yox, həmçinin insanlığa qarşı törədilmiş cinayəti tanıtmış oluruq. Petisiya tələb olunan imzaları toplayarsa, Xocalı fəciəsinin 21-ci ildönümü ərəfəsində ABŞ prezidenti bununla bağlı bəyanat verəcək.

100 000 imzanın toplanması üçün isə bu kampaniyaya dəstək verən hər kəs Ağ evin rəsmi saytı olan www.whitehouse.gov internet səhifəsinə daxil olaraq səs verməlidir. Səsvermədə iştirak etmək üçünsə nə böyük vaxt sərf etmək, nə də hər hansı ciddi səy göstərmək lazımdır. Sadəcə, www.whitehouse.gov internet saytını açırsınız, açılmış səhifədə "we the people" səhifəsinə daxil olursunuz. Bu səhifəyə daxil olduqda "open pettision" bölməsini seçdikdə- yerləşdirilmiş bütün petisiyaların siyahısı ekranda açılır. Açılan siyahıda Xocalı soyqırımını tanıyan bəyannaməni tapıb səs verirsiniz.

Dünya Azərbaycanlıları Gənclər Birliyinin sədri Ramin Məmmədovun sözlərinə görə, bu cür addımlar müxtəlif ölkələr tərəfindən də atılır. Ermənistan da bu taktikadan tez-tez yararlanan ölkələrdəndir. Xocalı soyqırımına dair petisiyası üçün tələb olunan 100 000 səsin toplanması faciənin daim Azərbaycanın gündəmində olmasının da göstəricisi olacaq.

Qeyd edək ki, Xocalı soyqırımına dair petisiyanı həmçinin sosial şəbəkələr "Facebook" və "Tvitter"də də paylaşmaq mümkündür.



Bağla X