06:02
(077) 610-22-33

Təhsil Nazirliyi icra hakimiyyətlərinə müraciət etdi

  • >
1 492 5 Fevral 2013 10:10 | Siyasət

“Məktəbdənkənar müəssisələrlə bağlı dövlət proqramına ehtiyac olduğu üçün bu cür layihənin hazırlanması nəzərdə tutulub”




Bunu Lent.az-a açıqlamasında Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov bildirib. Şöbə müdiri qeyd edib ki, Təhsil Nazirliyi dövlət proqramının hazırlanması ilə əlaqədar artıq Nazirlər Kabinetinə təklif göndərib.

"Rayon İcra hakimiyyətləri tərbiyə və məktəbdənkənar müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması üçün bina tikməlidir. Yəni bu sahəyə yerli icra hakimiyyətləri diqqəti artırmalıdır" - deyə, A. İbrahimov bildirib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, dövlət proqramı təsdiqlənəndən sonra tərbiyə və məktəbdənkənar müəssisələrin vəziyyətində müsbət dönüş yaranacaq: "Təbii ki, bu kimi təhsil müəssislərinin maddi-texniki bazası yaxşılaşdıqdan sonra kadr məsələsi ortaya çıxacaq. Bu məsələnin də həlli ilə bağlı tərbiyə və məktəbdənkənar müəssisələr üçün kadr hazırlanacaq. Məsələn, hazırda şahmat üzrə mütəxəssislərə ehtiyac var. Bu problem 1-2 ilə həll ediləsi iş deyil".

AzNews.az
Bağla X