15:03
(077) 610-22-33

İlqar Məmmədov prezidentliyə namizəd olacaq

  • >
299 5 Fevral 2013 13:13 | Siyasət

REAL hərəkatının bu il keçiriləcək prezident seçkilərində namizədi hərəkatın həmsədri İlqar Məmmədov olacaq.




Bu barədə İlqar Məmmədovun və "Müsavat" Partiyasının başqan müavini Tofiq Yaqublunun həbsi ilə bağlı keçirilən mətbuat konfransı zamanı REAL-ın icra katibi Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, bu qərar REAL-ın 9 fevral tarixinə təyin olunmuş böyük konfransında elan olunmalı idi: "Lakin İlqar Məmmədovun həbsi elə bir vəziyyətə gətirib çıxardı ki, onun namizədliyini bu gün elan edək. Yəni bu daha öncədən verilmiş qərar idi".

Daha sonra çıxış edən REAL-ın Məclis başqanı Erkin Qədirli İsmayıllıya edilən səfərin doğru bir qərar olduğunu vurğulayıb: "Onların təşkilatçılığından söz gedə bilməz. Binə, İsmayıllı, Quba hadisələrinə birbaşa təhrikedici amillər fərqli olsa da, proseslərin mahiyyəti eynidir".

Erkin Qədrlinin sözlərinə görə, hazırda REAL seçkilərə hazırlaşır və yaxın vaxtlarda seçki platformasını hazırlayacaq.

Natiq Cəfərli 9 fevral tarixində keçiriləcək konfrans haqqında danışaraq bildirib ki, konfransda həmçinin kütləvi aksiyaların təşkili ilə bağlı qərar olacaq.

Həmçinin qeyd olunub ki, İlqar Məmmədov və Tofiq Yaqublunun həbsi ilə bağlı hər iki tərəfin hüquq müdafiəçiləri birgə işləməlidir və onların müdafiəsi lazımi şəkildə təmin olunacaq.
Bağla X