02:31
(077) 610-22-33

“Hakimiyyət gündəmi dəyişmək istəyir”

  • >
169 5 Fevral 2013 13:13 | Siyasət

Eldar Namazov: “Bədii əsərə kollektiv mövqe bildirmək sovet ənənəsidir”




"Əkrəm Əylisli ilə bağlı aparılan diskussiyalar, gedən kampaniyalara "Ziyalılar Forumu"nun üzvləri ayrı-ayrılıqda münasibət bildirir, öz mövqelərini açıq-açığına ortaya qoyurlar"

Bunu AzNews.az-a "Ziyalılar Forumu"nun üzvü Eldar Namazov deyib. O qeyd edib ki, bədii əsərə kollektiv mövqe bildirmək sovet ənənəsidir: "Şəxsən mən hesab etmirəm ki, hətta Yazışılar Birliyi də hansısa bədii əsərə görə dinləmələr təşkil edə, orda insanların müxtəlif yanaşmalar ortaya qoymasına imkan yarada bilər. Yazıçıya qarşı belə bir kampaniyanın başlanması, onun ölkədən sürgün edilməsi, fiziki cəza verilməsi çağırışları qəbulolunmaz yanaşmadır. Əsərlə bağlı tənqidi fikir söyləmək olar, sözə-sözlə cavab vermək olar. Ancaq hədə-qorxu kampaniyası Azərbaycanın ziyanına olan hadisədir. Hakimiyət təmsilçiləri bu səpkidə gərək heç kimə qarşı kampaniya təşkil etməsinlər. Cəmiyyət bunu müzakirə etməli, əsərlə bağlı mövqelər bildirilməlidir".

Demokratik prinsiplərə önəm verənlərin normal diskussiyalara, normal müzakirələrə də təbii yanaşdığını vurğulayan Eldar Namazov qeyd edib ki, müşahidə olunan formada kampaniyaların aparılması isə yolverilməzdir: "Sadəcə olaraq hakimiyyət Azərbaycanda gündəmi dəyişmək istəyir. Ölkədə əsgər ölümlərinə, İsmayıllı hadisələrinə etiraz edən gənclərin aksiyaları keçirilir. Ölkənin ən müxtəlif yerlərində etirazçılar ayağa qalxır. Qarşıdan prezident seçkiləri gəlir və ona görə də hakimiyyət bu proseslərdən narahatlıq keçirir. Hansı vasitə ilə olursa-olsun hakimiyyət gündəmi nəyləsə məşgul etməyə çalışır".

Gültəkin
AzNews.az

Bağla X