01:09
(077) 610-22-33

Prezident sərəncam imzaladı - Ramin Quluzadəyə müavin təyin edildi

  • >
8 736 21 Aprel 15:41 | Siyasət

Musa Pənahov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunub.

"APA-Economics"in əldə etdiyi məlumata görə, prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, 2017-ci ilin fevralın 13-də ölkə başçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Adıçəkilən qurum Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsasında yaradılıb.

Sərəncamda qeyd edilib ki, nazirliklərin birləşdirilməsində əsas məqsəd dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaqdır.

Prezidentin digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Bunadək R. Quluzadə rabitə və yüksək texnologiyalar naziri olub.

Nəqliyyat naziri Ziya Məmmədov isə vəzifəsindən kənarlaşdırılıb.

M.Pənahovun təyinatı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavinlərinin sayı 4-ə çatıb ki, Əli Abdullayev birinci müavin, İltimas Məmmədov və Elmir Vəlizadə isə müavindirlər.

AzNews.az

Bağla X