Bakıda axşam saat 23:00 radələrində atışma olub Bakıda axşam saat 23:00 radələrində atışma olub

Yasamalda atışma: yaralananlar var- EKSKLÜZİV-YENİLƏNİB

Bakıda axşam saat 23:00 radələrində atışma olub




Bu gün gecə saat 23:00 radələrində Yasamal rayonu ərazisində silahlı inisident baş verib.

AzNews.az-a daxil olan məlumata görə, Zahid Xəlilov küçəsində yerləşən (Bakı Dövlət Universiteti ilə üzbəüz) "Elbara" restoranında müştərilər arasında baş verən mübahisə sonda qanlı olayla nəticələnib. 2 nəfər güllə yarası alıb.

Bu xəbəri aldıqdan sonra əməkdaşımız hadisə yerinə yollanıb.
Onun sözlərinə görə, restoranın qarşısında 5 PPX avtomobili var və ərazi mühasirəyə alınıb. Buna baxmayaraq, əməkdaşımız restoranın giriş qapısına yaxınlaşmaq imkanı əldə edib. Onun sözlərinə görə, restoranın girişi tamamilə qana bulaşıb və restoranın foyesində 30-a yaxın mülki geyimli vəzifəli şəxslər var. Onlar restoran əməkdaşları ilə söhbətlər aparırlar.

Hadisə nəticəsində yaralanan şəxslər -45 yaşlı Aydın Məmmədzadə və onun oğlu, 20 yaşlı Emin Məmmədzadə xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətinin ağır olduğu deyilir.

Şahidlərin sözlərinə görə, insident 2 nəfər silahlı şəxs tərəfindən törədilib və onların yanında qadınlar da olub. Hadisəni törətdikdən sonra silahlı şəxslər BMW X-5Mercedes markalı maşınlara minib, hadisə yerindən uzaqlaşıblar.

Ərazidə hüquq-mühafizə orqanları araşdırma aparır. Restorana heç kim buraxılmır.

Hadisənın təfərrüratları barədə əlavə məlumat verəcəyik.


Orxan
AzNews.az