00:30
(077) 610-22-33

ABŞ konqresmeni 20 Yanvarla bağlı bəyanat verib

  • >
312 6 Fevral 2013 08:52 | Siyasət

20 Yanvar faciəsinin 23-cü ildönümü münasibətilə ABŞ Konqresmenləri Bil Şuster və Daniel Maffeyin cari ilin əvvəlində verdiyi bəyanatlardan əlavə, konqresmen Cin Qrin də ABŞ Konqresində müvafiq bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, konqresmen 20 yanvar gecəsi sovet qoşunlarının Azərbaycan xalqının müstəqillik hərəkatının qarşısını almaq məqsədilə, ictimai asayişi bərpa etmək bəhanəsi altında dinc nümayişçilərə qarşı silahlı gücdən istifadə etdiyini bildirib. O, 1990-cı ilin 20 yanvar tarixində baş vermiş hadisələrin 70 ildən sonra Azərbaycan xalqını öz müstəqilliyini bərpa etməyə daha da ilhamlandırdığını vurğulayıb.

Konqresmen C. Qrin bəyanatında ABŞ və Azərbaycan arasında etimad və qarşılıqlı dəstəyə əsaslanan yaxın və əhəmiyyətli münasibətlər olduğunu da qeyd edib.

AzNews.az
Bağla X