Sarkisyanın yenə mart dərdi

Elxan Şahinoğlu
Ermənistanda ötən dəfəki prezident seçkisinin nəticəsinə etiraz edənlər məhz mart ayında gülləbaran edilmişdilər, 10 nəfərə yaxın insan qətlə yetirilmişdi. Serj Sarkisyan Robert Köçəryandan prezident kürsüsünü belə təhvil almışdı. Sarkisyan mart ayından qorxsa da, hadisələrin gedişatı onu yenə həmin ayın nəticələrindən asılı vəziyyətə sürükləyir. Məsələ burasındadır ki, fevralın 18-də keçirilməli olan prezident seçkisi namizədlərdən biri Paruyur Ayrikyanın süu-qəsdlə üzləşməsi səbəbindən 15 gün sonraya, yəni mart ayının əvvələrinə təxirə salınıb. Bununsa Sarkisyan üçün nə demək olduğunu bir qədər əvvəl izah etdik, o həm seçkiyə, həm də gülləbaranın yubileyinə hazırlaşmalıdır.
Ayrikrayana qarşı sui-qəsd cəhdində kim maraqlı ola bilərdi?
İki variant gündəmdədir. Birinci variant – bu Sarkisyan tərəfdarlarının və ya ona rəğbət bəsləyən qrupun işidir. İkinci variant - əksinə sui-qəsdin arxasında Sarkisyanı zəiflətmək istəyən qüvvələr dayanır.
Bəri başdan deyim ki, birinci variant o qədər də inandırıcı deyil. Çünki, Sarkisyan bu sui-qəsdə qədər özünü çox rahat hiss edir, mübarizəsiz qələbəyə hazırlaşırdı. Sarkisyanın iki əsas rəqibi – keçmiş prezident Levon Ter-Petrosyan və Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyan seçkiyə qatılmadılar. Demək, Sarkisyanın daha zəif namizədlərlə mübarizəsi onun enerjisini çox da almayacaqdı. Elə Paruyr Ayrikyan bu vaxta qədər 5 seçkiyə qatılıb və hamısında da məğlubiyyətlə üzləşib. Bu sui-qəsddən sonra isə həm Paruyr Ayrikraynın reytinqi artıb, həm də ümumilikdə müxalif cəbhə fəallaşıb. Bu Sarkisyanın nəyinə lazım idi?
İkinci varianta daha çox üstünlük verirəm. Ayrikyana qarşı sui-qəsdin arxasında Sarkisyanı zəiflətmək və nəticələri şübhə altına almaq məntiq dayanır. Hələ seçkidən aylar öncəsi Sarkisyanın Rusiyanın yeni-köhnə prezidenti Vladimir Putinlə arasının soyuq olduğu söylənilirdi. Putinin Ermənistanda prezident seçkisində dostu Robert Köçəryanı dəstəkləyəcəyi gələn xəbərlər arasında idi.Tasüdfi deyil ki, Putin baş nazir olduğu dövrdə az qala hər 3 aydan bir Köçəryanla Moskvada bağlı qapılar atrxasında görüşür, fikir mübadiləsi aparırdı.
Bu vəziyyət Sarkisyanı narahat etməyə bilməzi. Buna görə də, o Kremldən gələn təhlükəni neytrallaşdırmaq məqsədilə son aylarda Putinin bütün istəklərini yerinə yetirdi, ən önəmlisi hərbi əməkdaşlığı geniləşdirdi və bununla Moskvadan asılılığını bir az daha artırdı. Belə olan halda Kremlə Sarkisyanı yarı yolda dəyişmək üçün əsası qalmadı. Bunun nəticəsidir ki, Köçəryan seçkiyə qatılmayacağını açıqlamaq məcburiyyətində qaldı. Halbuki, o da dostu Putin kimi qısa fasilədən sonra yenidən hakimiyyətə gəlməyi düşünürdü. Alınmadı.
Buna baxmayaraq, qəzəbli Köçəryan Sarkisyanı zəiflətməkdən də vaz keçə bilməzdi. Bunu həyata keçirmənin yolu isə seçkidə qarmaqarışıqlığı artırmaq, iğtişaş perspektivini gücləndirmək və barışdırıcı fiqur kimi ortaya çıxması olardı. Bu baxımdan Ayrikyana edilən sui-qəsddə Köçəryanın marağı ola bilərdi.
Hələliksə, seçki 18 fevraldan 15 gün sonraya təxirə salınıb. Beləliklə, silah yenə Ermənistanda əsas amilə çevrildi. 1999-cu ildə Ermənistan parlamenti gülləbaran edildi, başda parlamentin sədri və baş nazir olmaqla xeyli deputat qətlə yetirildi, ardından 2009 seçkisində vətəndaşlara atəş açıldı, indi də namizədlərdən biri gülləyə tuş gəlib. İqtisadiyyatı dağılan, əhalisi azalan və Rusiyanın vassalına çevrilən Ermənistan mart seçkisinə bu şəraitdə gedir…