Polşadan cavab səfəri gözlənilir



"Azərbaycan nümayəndə heyətinin səfərinin nəticəsi olaraq Polşadan Azərbaycana nümayəndə heyətinin səfəri gözlənilir".

Bunu Azərbaycan nümayəndə heyətinin Polşa səfəri ilə bağlı keçirilən mətbuat konfransında Polşanın ölkəmizdəki səfiri Mixail Lebenda bildirib. Səfir iki ölkə arasında əməkdaşlığın davam edəcəyinə əmin olduğunu vurğulayıb:

"Mən əmin idim ki, Azərbaycan nümayəndə heyəti qarşılamadan razı qalacaq. Çünki Azərbaycana gələn polşalılar da öz növbələrində xalqınızın qonaqpərvərliyinə heyran qalırlar. Ümid edirəm ki, bu görüşlərin nəticəsi gənc nəslin əlaqələrini artmasına təkan verəcək".


Elnarə, İlkin
AzNews.az