ATƏT İlqar Məmmədovla Tofiq Yaqublunun həbsindən narahatdır

ATƏT-in Bakı ofisi İlqar Məmmədovla Tofiq Yaqublununhəbsindən narahatdır. "AzadlıqRadiosu"nun sualına cavab olaraq ATƏT-in Bakı ofisindən belə deyiblər.

"ATƏT-in Bakı Ofisi yüksək səviyyəli siyasi fiqurların tutulması ilə bağlı narahatlığını bildirir. Biz ümid edirik ki, davam edən istintaq və qarşıdan gələn məhkəmə ədalətli və şəffaf şəkildə keçiriləcək və bu proseslər demokratik islahatlara mənfi təsir göstərməyəcək. ATƏT-in Bakı Ofisi inanır ki, bu yaxınlarda İsmayıllıda baş vermiş iğtişaşlara cavabın ən effektiv yolu məhz dialoq və əsaslı islahatlardır". Ofis ATƏT öhdəliklərinin yerinə yetirilməsində Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinə dəstəyini davam etdirməyə hazır olduğunu bildirir.

AzNews.az