YSK konstitusiyaya dəyişikliklərin edilməsinə dair aprelin 16-da keçirilmiş referendumun nəticələrini təsdiqləyib. YSK konstitusiyaya dəyişikliklərin edilməsinə dair aprelin 16-da keçirilmiş referendumun nəticələrini təsdiqləyib.

Türkiyədə referendumun yekun nəticələri açıqlandı

YSK konstitusiyaya dəyişikliklərin edilməsinə dair aprelin 16-da keçirilmiş referendumun nəticələrini təsdiqləyib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, YSK rəhbəri Sədi Güvən seçicilərin 51,41 faizinin prezident idarəetmə sisteminə keçidi dəstəklədiyini bəyan edib.

“Referendumda seçici fəallığı 87,45 faiz olub. Seçicilərin 51,41 faizi “lehinə”, 48,59 faizi isə “əleyhinə” səs verib”, - deyə Güvən Ankarada jurnalistlərə bildirib.

Referendumun nəticələrinə görə, konstitusiyanın 18 maddəsinə dəyişiklik olunacaq. Belə ki, Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələr aiddir.