Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorjdan Prezident İlham Əliyevə məktub göndərib. Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorjdan Prezident İlham Əliyevə məktub göndərib.

Monqolustan Prezidenti İlham Əliyevə məktub göndərdi

Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorjdan Prezident İlham Əliyevə məktub göndərib.

AzNews.az xəbər verir ki, məktubda deyilir:

Zati-aliləri cənab Prezident.

Monqolustan ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Əminəm ki, Monqolustan ilə Azərbaycan arasında dostluq əlaqələri və əməkdaşlıq nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq və regional səviyyələrdə genişlənəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, dost Azərbaycan xalqına rifah arzulayıram.