Bizneslə məşğul olan məmur və deputatların cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan təklif geri qaytarılıb Bizneslə məşğul olan məmur və deputatların cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan təklif geri qaytarılıb

Milli Məslis bizneslə məşğul olan məmurları müdafiə etdi

Bizneslə məşğul olan məmur və deputatların cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan təklif geri qaytarılıb



Azərbaycanda bizneslə məşğul olan məmurlar və deputatlar cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə təklif olunan əlavə qəbul olunmayıb.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirələr aparılıb və layihə geri qaytarılıb.

Komitə sədri Əli Hüseynli bildirib ki, layihənin müəllifi deputat İlyas İsmayılovdur. Layihədə təklif olunan maddəyə əsasən, deputat və məmurlar qanuna zidd olaraq bizneslə məşğul olmalarına görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bununla bağlı həmin şəxslərə qarşı 6 aydan 2 ilə qədər azadlığın məhdudlaşdırılması da təklif olunur.

Müzakirələr zamanı deputatlar bu təklifə qarşı çıxıblar. Deputat Rafael Cəbrayılov bildirib ki, istənilən vəzifəli şəxs əgər vəzifəsindən sui-istifadə etmirsə, dövlət büdcəsinə qanuni gəlir gətirirsə, onun bizneslə məşğul olması ciddi cinayət faktı törətmir: "Əgər o, vəzifəsindən sui-istifadə edirsə, bunun üçün inzibati məsuliyyət tətbiq eləmək olar və həmin şəxs törətdiyi əmələ görə vəzifəsindən uzaqlaşdırıla bilər".

Komitə sədri Ə.Hüseynli də bildirib ki, vəzifəli şəxslərin bizneslə məşğul olması barədə yaranan problemlərin aradan qaldırılması üçün uyğun yeni qanun hazırlanır və burada qeyd olunan problemin həll olunması, sərhədlərin müəyyən olunması üçün həmin qanun kifayət qədər şərait yaradacaq: "Bunun üçün Cinayət Məcəlləsinə əlavə maddə salınmasına ehtiyac yoxdur".

Müzakirələrdən sonra layihə geri qaytarılıb.

AzNews.az