Səhiyyə Nazirliyi Farmakoloji və Farmokopeya Ekspert Şurasının növbəti iclası keçirilib. Səhiyyə Nazirliyi Farmakoloji və Farmokopeya Ekspert Şurasının növbəti iclası keçirilib.

Səhiyyə Nazirliyindən dərman qadağası

Səhiyyə Nazirliyi Farmakoloji və Farmokopeya Ekspert Şurasının növbəti iclası keçirilib.




Səhiyyə Nazirliyindən verilən xəbərə görə, iclasın gündəliyinə "Lirika" və "Koaksil", "Tropin" və "Midriasil" dərman preparatlarının dövlət qeydiyyatının ləğv olunması və aptek şəbəkəsindən satışdan çıxarılması, "Oktaqam" preparatının dövlət qeydiyyatının bərpa olunması və s. məsələlər daxil edilib.

Ətraflı müzakirələrdən sonra "Lirika", "Koaksil", "Tropin" və "Midriasil" dərman vasitələrindən asılı şəxslərin ailə üzvlərinin, hüquq mühafizə orqanlarının Respublika Narkoloji Mərkəzinə dəfələrlə edilən müraciətlərini, xəstələr arasında rast gələn sui-istifadə və ağırlaşma hallarını nəzərə alaraq , "Lirika" və "Koaksil" dərman preparatlarının respublikaya idxalı bu preparatların fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər dayandırılması və dövlət qeydiyyatından çıxarılması qərara alınıb. Eyni zamanda "Tropin" və "Midriasil" dərman preparatları aptek şəbəkəsindən satışdan çıxarılıb.

"Oktaqam" (normal insan immunoqlobulini) dərman vasitəsinin istehsalçısı tərəfindən göstərilən problemlər aradan qaldırılması və yaranma səbəblərinin öyrənilməsi başa çatdığı üçün isə bu preparatın dövlət qeydiyyatının bərpa edilməsinə dair qərar qəbul edilib.

AzNews.az