07:11
(077) 610-22-33

Rövşən Lənkəranskiyə sui-qəsdin təfərrüatları

  • >
161 6 Fevral 2013 14:44 | Siyasət

Daha bir azərbaycanlı “qanuni oğru”ya ölüm hökmü çıxarıldı



Rövşən Lənkəranskiyə sui-qəsdin təfərrüatları bəlli olub.

Belə ki, Rusiya mətbuatı "qanuni oğru"nun İstanbulda killer tərəfindən vurulduğunu və əvvəlcə xəstəxanaya aparıldığını yazıb: "Hadisə fevralın 1-dən 2-ə keçən gecə baş verib.O, əvvəlcə xəstəxanaya aparılıb və daha sonra ölümü barədə məlumat yayılıb. Lənkəranskinin böyük bir mühafizəçi ordusu müşayət edib, ancaq killer avtomatik silahdan atəş açaraq Lənkəranskini və mühafizəçilərindən birini yaralayıb". Bundan başqa Əhməd Evloyevin də eyni zamanda, ancaq Moskvada güllələndiyi bildirilir: " Killerlər Evloyevin maşınına hücum edib, "qanuni oğru" çiynindən və ayağından yaralanıb".

Hüquq-mühafizə orqanlarındakı mənbə R.Lənkəranskiyə sui-qəsdin Ded Xasanın ölümü ilə bağlı qisas məqsədi daşımaması versiyasını da irəli sürüb. Sui-qəsdin Merab Cvanqeladzenin (Suxumski) sifarişi ilə törədildiyini istisna etmir.

"Известия" qəzeti xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən yazır ki, hadisə Ded Xasanın ölümü ilə birbaşa olmasa da, dolayısı ilə bağlıdır: "Rövşənlə Ded Xasanın münaqişəsi olub. Onların Rusiya ilə yanaşı, digər ölkələrlə bağlı bölüşdürmək istədikləri çox şey var idi. Maraqların toqquşduğu əsas obyektlərdən biri də Ukrayna olub. Ded Xasanı Rövşən Lənkəranskinin müstəqil mövqeyi həmişə narahat edib. Azərbaycanlı "qanuni oğru"lar əvvəlcə Ded Xasana bağlı olsalar da, sonradan R.Lənkəranskiyə tərəfdar çıxıblar".

Ded Xasanın ölümünə görə barəsində ölüm hökmü çıxarılanlar arasında R.Lənkəranski, Rüfət Nəsibovla yanaşı "Cama" ləqəblu digər azərbaycanlı "qanuni oğru"nun da olduğu bildirlir: "Ancaq R.Nəsibovun cəsədi tapılmayıb, bundan başqa azərbaycanlı "qanuni oğru"lar qətl xəbərini istisna edib".

R.Lənkəranskiyə sui-qəsdin məhz İstanbulda törədilməsi də müzakirə mövzusudur: "Ded Xasanın tərəfdarları çətin ki, İstanbula killer göndərsin. Məsələ burasındadır ki, Türkiyə Ded Xasanın əbədi düşməni Merab Cvanqeladzenin ikinci vətəni hesab edilir. Əvvəllər Merab Lənkərnaski ilə dost olmayıb. Bunun səbəbi isə R.Lənkəranskinin Merab Cvanqeladzenin qardaşı Levonla mübahisə etməsi olub. Ancaq sonra tərəflər barışıblar və Dubayda "taclandırma" üçün "sxodka" keçirilib. Rövşənin Ded Xasanın ölümündən sonra Türkiyəyə getdiyi bildirilir ki, orada özünü təhlükəsizlikdə hiss edib. Vaxtaşırı olaraq Gürcüstandan olan "qanuni orğu"lar - İrakli Kaliçiva və Koba Avlediani ilə görüşüb. Onların hər ikisi Meraba yaxın adamlardır".

Hüquq-mühafizə orqanlarındakı mənbələr belə hesab edir ki, M.Cvanqeladze planı əvvəlcədən qurub: "Rövşənlə barışaraq onun əli ilə Moskvada əbədi düşməni Ded Xasanı aradan götürüb. Daha sonra isə Lənkəranskiyə qarşı sui-qəsd əmri verərək özünün Ded Xasandan sonra onun tərəfdarlarına loyal münasibətini sərgiləyib".

Qeyd edək ki, R.Lənkəranskiyə qarşı sui-qəsdlə bağlı məlumat yayıldıqdan onun kriminal aləmdə "Ağa Dağıstanski" kimi tanınan şəxs onun Dubayda salamat olduğunu deyib.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X