ABŞ-ın dəniz piyadalarının 30 nəfərlik ilk dəstəsi Əfqanıstanın cənubunda yerləşən Gilmənd əyalətinə gəlib. ABŞ-ın dəniz piyadalarının 30 nəfərlik ilk dəstəsi Əfqanıstanın cənubunda yerləşən Gilmənd əyalətinə gəlib.

ABŞ dəniz piyadalarının ilk dəstəsi Əfqanıstana gedib

ABŞ-ın dəniz piyadalarının 30 nəfərlik ilk dəstəsi Əfqanıstanın cənubunda yerləşən Gilmənd əyalətinə gəlib.

AzNews.az Azərtac-a istinadla xəbər verir ki, AFR telekanalının məlumatına əsasən, ölkənin ən gərgin regionlarından olan Gilmənd əyalətinə ümumilikdə 300 dəniz piyadası göndəriləcək. Hərbçilərin əsas hədəfi aprelin 28-də ənənəvi “bahar hücumlarına” başlayan “Taliban” hərəkatı ilə mübarizə olacaq.

Bölmənin göndərilməsi amerikalı hərbçilərin rotasiyası çərçivəsində həyata keçirilir. Hazırda Əfqanıstanda yerli təhlükəsizlik qüvvələrinə təlim keçən, hərbi müşavir funksiyasını yerinə yetirən, həmçinin yaraqlılarla mübarizədə güc strukturlarına yardım edən təxminən 8,4 min ABŞ hərbçisi yerləşir.

2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşmasının da təsir dairəsi artmaqdadır.

Gilmənd əyaləti Əfqanıstanın ən qaynar nöqtələrindən biridir. Son vaxtlar “Taliban” bu istiqamətdə 4 ABŞ hərbçisini öldürüb.