Azərbaycanda siyasi partiyalar, QHT-lər, o cümlədən xarici ölkələrdəki QHT-lərin Azərbaycandakı nümayəndəlikləri qəbul etdikləri ianələrin məbləği və onlara ianə verənlər barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil etmədiyi təqdirdə yüksək məbləğdə cərimələnəcək. Azərbaycanda siyasi partiyalar, QHT-lər, o cümlədən xarici ölkələrdəki QHT-lərin Azərbaycandakı nümayəndəlikləri qəbul etdikləri ianələrin məbləği və onlara ianə verənlər barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil etmədiyi təqdirdə yüksək məbləğdə cərimələnəcək.

Partiyalar cərimələnəcək

Azərbaycanda siyasi partiyalar, QHT-lər, o cümlədən xarici ölkələrdəki QHT-lərin Azərbaycandakı nümayəndəlikləri qəbul etdikləri ianələrin məbləği və onlara ianə verənlər barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil etmədiyi təqdirdə yüksək məbləğdə cərimələnəcək.



Bununla bağlı bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər qəbul edilib.

Dəyişikliklərə əsasən, qeyd olunan qaydanı pozan vəzifəli şəxslər 1500 manatdan 3000 manata qədər, hüquqi şəxslər isə 5000 manatdan 8000 manata qədər cərimə olunacaqlar.

Dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

AzNews.az