03:37
(077) 610-22-33

Rəsul Quliyevin partiyası aksiyalara dəstək verəcək

  • >
1 001 6 Fevral 2013 16:57 | Siyasət

Sülhəddin Əkbər: “Aksiyanın keçirilməsinə müsbət yanaşıram”




"İlqar Məmmədov və Tofiq Yaqublunun həbsini hakimiyyətin təzyiqi kimi qiymətləndiririk. Təəssüf hissi ilə qeyd etməliyik ki, hakimiyyət Azərbaycanda islahatlar aparmaq, sosial-iqtisadi narazılıqları, ölkədəki problemləri, korrupsiyanı, inhisarçılığı aradan qaldırmaq əvəzinə müxalifətə təzyiq edir".

Bunu AzNews.az-a Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər İlqar Məmmədovun və Tofiq Yaqublunun həbs edilməsinə münasibət bildirərkən deyib. S.Əkbər bildirib ki, hakimiyyət ölkədə baş verən hadisələri müxalifətin üzərinə atır: "Öz aləmlərində müxalifətlə narazı xalq kütləsinin birləşməsinin qarşısını almağa çalışırlar. Bu da göstərir ki, hakimiyyət ölkədə islahatlar aparmaq niyyətində deyil. Əslində buna qadir deyillər. Hakimiyyət bu siyasəti sərt şəkildə davam etdirmək qərarına gəlib. Belə olan halda narazılıqlar davam edəcək. Çox təəssüf ki, hadisələr bizim arzulamadığımız ssenari üzrə inkişaf edəcək".

ACP sədri "Həbs edilənlərlə bağlı etiraz aksiyası keçirilərsə, dəstək verəcəksinizmi" sualına belə cavab verib: "Hələlik bizə müraciət olunmayıb. Müraciət olarsa, partiya olaraq müzakirə edib, qərar verəcəyik. Şəxsən mənə qalarsa, aksiyanın keçirilməsinə müsbət yanaşıram".

İlkin
AzNews.az

Bağla X