Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə başsağlığı məktubu ünvanlayıb. Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə başsağlığı məktubu ünvanlayıb.

İlham Əliyev Atambayevə başsağlığı verdi

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə başsağlığı məktubu ünvanlayıb.

AzNews.az xəbər verir ki, məktubda deyilir:

Hörmətli Almazbek Şarşenoviç,

Oş vilayətində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qırğızıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!