Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycandan sonra ən böyük idmançı qrupu Türkiyədən qatılacaq. Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycandan sonra ən böyük idmançı qrupu Türkiyədən qatılacaq.

Ərdoğan Bakıya gələcək

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycandan sonra ən böyük idmançı qrupu Türkiyədən qatılacaq.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O, Türkiyə nümayəndə heyətinin 500-ə yaxın şəxsdən ibarət olacağını söyləyib: "Türkiyə bütün idman növlərində təmsil olunacaq. Ayın 5-də futbol komandamız Azərbaycana gələcək. Gənclər və idman nazirimizin gələn həftə Bakıya səfəri nəzərdə tutulub. Prezidentin gəlişi də düşünülür. Hələlik qəti bir şey yoxdur, planlaşdırma mərhələsindədir".

AzNews.az