09:04
(077) 610-22-33

“Yol hərəkəti haqqında” qanununa edilən dəyişiklik təsdiqləndi

  • >
2 105 2 May 2017 17:40 | Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” qanununa edilən dəyişikliyi təsdiqləyib.

AzNews.az xəbər verir ki, dəyişikliklə qanunun II hissəsi yeni redaksiyada verilir: “Yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlər müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

III hissədən “Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və” sözləri çıxarılsın.

Bu qanun 2017-ci il mayın 1-dən qüvvəyə minir.

Bağla X