"Bəzən BMT qətnamələri saatlar ərzində icra olunur, Azərbaycana münasibətdə isə bu qətnamələrin illərdir, yerinə yetirilməməsi ikili standartların göstəricisidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi, hüquqi bir hissəsidir". "Bəzən BMT qətnamələri saatlar ərzində icra olunur, Azərbaycana münasibətdə isə bu qətnamələrin illərdir, yerinə yetirilməməsi ikili standartların göstəricisidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi, hüquqi bir hissəsidir".

“Onlar hər şeyi yerlə yeksan ediblər, biz isə...” - Prezident

"Bəzən BMT qətnamələri saatlar ərzində icra olunur, Azərbaycana münasibətdə isə bu qətnamələrin illərdir, yerinə yetirilməməsi ikili standartların göstəricisidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi, hüquqi bir hissəsidir".

AzNews.az xəbər verir ki. bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, Azərbaycan islamafobiyaya qarşı mübarizə aparan ölkələrdəndir: "Beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Qarşılıqlı hörmətə əsaslanan əlaqələr olmasa, bu, mümkün olmaz. Biz nəinki düzgün yoldayıq, həmçinin irəliyə doğru addım atırıq. Azərbaycan 25 ildir ki, müstəqil ölkədir. Azərbaycan indiki qədər heç vaxt güclü olmayıb. Xalqımız öz ənənəvi köklərinə bağlıdır. Yeganə problemimiz Ermənistanın təcavüzüdür. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib, 1 milyona yaxın insan qaçqın və məcburi köçkün düşüb. Onlar işğal edilmiş torpaqlarda hər şeyi yerlə yeksan ediblər. Biz isə erməni kilsəsini qoruyuruq. Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozur".