05:56
(077) 610-22-33

Ermənistanda seçicilər təzyiqlərdən şikayətlənirlər

  • >
317 7 Fevral 2013 10:24 | Siyasət

"İrs" fraksiyasının rəhbəri Ruben Akopyan hökuməti seçkiqabağı rüşvətlə bağlı halların aradan qaldırılması və fevralın 18-də keçiriləcək Ermənistan prezidentliyinə seçkilərdə inzibati resurslardan istifadə üçün təsirli mexanizmlər hazırlamağa çağırıb




Ölkə Parlamentində çıxış edən Akopyan qeyd edib ki, son dövrdə baş çəkdiyi 10 vilayətin hamısında adamlar pasport məlumatlarının toplanması, maliyyə yardımları barədə vədlər, bir sıra hallarda isə seçicilərə təzyiq göstəriliməsindən şikayət ediblər.

O bildirib ki, bu işləri həyata keçirən şəxslər ölkə hüdudlarından kənarda olan adamlar barədə məlumat toplamaqda maraqlıdırlar. Akopyan bir daha qeyd edib ki, bəzi məktəblərdə, hətta valideyn iclasları konkret namizədin xeyrinə təbliğat mərasiminə çevrilir, şantaja və valideynlərin qorxudulmasına cəhdlər edilir.

O bildirib ki, adamların əksəriyyəti hakimiyyətin təşəbbüslərinə böyük inamsızlıqla yanaşır və müvafiq strukturlara müraciət və baş verənlər barədə məlumat verməkdən çəkinirlər.
Deputat icra hakimiyyətlərinin belə mənfi halların qarşısını almaqdan ötrü hansı addımların atılması ilə maraqlanıb.

Suala Ermənistanın Baş naziri Tiqran Sarkisyan cavab verib. O qeyd edib ki, hakimiyyətin bütün qollarına belə halları aşkara çıxarmaq və aradan qaıldırmaq, pozuntulara yol verənlərin partiya mənsubiyyətindən asılı olmayaraq məsuliyyətə cəlb olunmasına dair dəqiq göstərişlər verilib.

AzNews.az
Bağla X