13:51
(077) 610-22-33

Ermənilər Xankəndidə hərbi parad keçirəcək

  • >
1 683 5 May 2017 20:23 | Siyasət

Ermənistan mayın 9-da işğal altında olan Qarabağda hərbçilərin parad xarakterli yürüşünü keçirəcək.

AzNews.az Azvision-a istinadən xəbər verir ki, bu barədə qondarma rejimin "müdafiə naziri" Levon Mnatsakanyan bildirib.

Mnatsakanyanın sözlərinə görə, erməni hərbi qulluqçular Xankəndinin mərkəzi küçəsi ilə təntənəli keçid etdikdən sonra, silah nümayişi keçiriləcək.

Xatırladaq ki, rəsmi Bakı dəfələrlə bu tipli tədbirlərin təxribat xarakterli olduğunu bildirib.

Bağla X