“Son illər Azərbaycanın həyata keçirdiyi fəaliyyət heç bir dövlət tərəfindən edilməyib. Bu, həm idman, həm də mədəniyyət sahəsinə aiddir." “Son illər Azərbaycanın həyata keçirdiyi fəaliyyət heç bir dövlət tərəfindən edilməyib. Bu, həm idman, həm də mədəniyyət sahəsinə aiddir."

“Bu qaçqınların necə yaranması heç kəsi maraqlandırmır"- Novruz Məmmədov

“Son illər Azərbaycanın həyata keçirdiyi fəaliyyət heç bir dövlət tərəfindən edilməyib. Bu, həm idman, həm də mədəniyyət sahəsinə aiddir."

AzNews.az apa-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq yolu ilə sülh münasibətlərinin inkişaf etdirilməsi” adlı panel müzakirəsində çıxışı zamanı deyib.

Bu, həm idman, həm də mədəniyyət sahəsinə aiddir. Bu toplantıların çox böyük əhəmiyyəti var. Amma bunların həyata keçirilməsi üçün münbit şərait yaradılmalıdır. Buna mane olurlarsa, bu tədbirlərin mənası olmayacaq. Dünyada aktorların sayı artıb və bunları Azərbaycan kimi kiçik dövlətlər yaratmayıb. Biz böyük dövlətlərlə çalışmasaq, əldə etdiyimiz nəticələr bugünkü kimi olacaq.

O bildirib ki, Azərbaycan 1 milyon qaçqın və məcburi köçkün probleminin olmasına baxmayaraq, müstəqil dövlət qurub:

Bu qaçqınların necə yaranması heç kəsi maraqlandırmır. Azərbaycanın torpaqları 25 ildən artıqdır işğal altındadır. Lakin heç bir dövlət bununla bağlı konkret mövqe bildirmir. 20-30 il əvvəlki sənədlər arxivə qoyulur. Böyük dövlətlər öz aralarında problemləri həll etməyə çalışırlar, kiçik dövlətlər isə gözləyir ki, görəsən sabah, bir aydan sonra nə baş verəcək. Bir adam da həqiqət uğrunda çalışırsa, deməli optimist olmağa dəyər. Ətraflı yanaşma olmasa, beynəlxalq hüquq mümkün deyil. Belə olmasa, dünyamızda gərginliklər davam edəcək.