“İstənilən münaqişənin həlli tərəflərin mövqelərinin hansısa ümumi bazada üst-üstə düşməsi ilə başlayır. Bizim üçün bu bazanı yaratmağa ehtiyac yoxdur. O, mövcuddur və beynəlxalq hüququn norma və prinsiplərindən, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən ibarətdir”. “İstənilən münaqişənin həlli tərəflərin mövqelərinin hansısa ümumi bazada üst-üstə düşməsi ilə başlayır. Bizim üçün bu bazanı yaratmağa ehtiyac yoxdur. O, mövcuddur və beynəlxalq hüququn norma və prinsiplərindən, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən ibarətdir”.

"Erməni qüvvələrinin torpaqlarımızdan çıxarılması üçün qrafik tərtib olunmalıdır"- XİN

“İstənilən münaqişənin həlli tərəflərin mövqelərinin hansısa ümumi bazada üst-üstə düşməsi ilə başlayır. Bizim üçün bu bazanı yaratmağa ehtiyac yoxdur. O, mövcuddur və beynəlxalq hüququn norma və prinsiplərindən, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən ibarətdir”.

AzNews.az "apa"-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

A. Əzimov bildirib ki, BMT TŞ qətnamələri prinsipial tələbləri özündə əks etdirir: “Buraya işğal olunmuş torpaqların boşaldılması və əhalinin qaytarılması üçün şərait yaradılması daxildir. Əgər bu baza digər tərəfdən də qəbul edilsə, irəli hərəkət etmək olar. Bu kimi planlar 1992-1993-cü illərdə də qəbul edilmişdi, lakin Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edərkən pozuldu. Bu praktika aradan götürülməyincə, mən düşünmürəm ki, irəli gedə bilərik. Biz tez-tez ATƏT-in Minsk qrupu həmsədrlərindən eşidirik ki, onlar tərəflərlə nizamlanma məsələlərini müzakirə ediblər. Bəzən onlar işarə edirlər ki, prinsiplərdə razılığa gəlmək lazımdır. Lakin yenə də deyirəm: prinsiplər və yanaşmalar mövcuddur. Silahlı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması üçün razılaşdırılmış fəaliyyət qrafikinin tərtibi lazımdır. Bütün bunlar təhlükəsizliyin təminatı ilə baş verməlidir. Fəaliyyət qrafikinin üzərində işləmək olar. Mən bunda problem görmürəm. Problem başqadır. Problem fikir ayrılıqlarında və konkret olaraq Ermənistan tərəfinin və onun Azərbaycanın işğal olunmuş torpaqlarına nəzarəti davam etdirməsinə dəstək verən ölkələrin konkret maraqlarındadır”.