Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçirilir. Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçirilir.

Fransada prezidentliyə namizədlər də səs verdi - Foto

Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçirilir.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, prezidentlik postu uğrdunda Marin Le Pen və Emmanuel Makron mübarizə aparır. Namizədlər artıq səsvermədə iştirak ediblər.

Seçki məntəqəsinə əvvəlcə Makron həyat yoldaşı ilə birlikdə gəlib. Onu böyük bir insan kütləsi qarşılayıb. O, əvvəldə hamıya əl verib, görüşməyə başlayıb, şəkil çəkdirib. Lakin, sonradan insanlar onu daha sıx əhatəyə almağa başlayanda, avtomobilinə əyləşərək, oradan uzaqlaşmalı olub.

Makrondan sonra Marin Le Pen də səsverməyə gəlib. O, seçicilərlə qısa müddətli görüşdən sonra, gedib.