Həsən Kərimov: “Artıq, bunu İctimai Palatada dərk edirlər” Həsən Kərimov: “Artıq, bunu İctimai Palatada dərk edirlər”

“Onlar iqtidarın çörəyini yeyirlər”

Həsən Kərimov: “Artıq, bunu İctimai Palatada dərk edirlər”




"Müxalifət partiyalarının müstəqil hüquqşünasların hazırladığı Seçki Məcəlləsində dəyişikliklərlə bağlı memorandumu imzalamaları müsbət haldır. Bu məsələ əməkdaşlığın geniş spektrini əhatə edir. Müxalifət arasında hər hansı fikir ayrılığı yoxdur".

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib. Partiya funksioneri bildirib ki, seçki memorandumunun imzalanması ilə müxalifət partiyaları bir araya gəldi: "Biz bununla birliyə nail olduq. Digər məsələlər barədə gələcəkdə qərar veriləcək. Yəni funksional əməkdaşlıq, vahid namizəd məsələsi müzakirəyə çıxarılacaq. Biz çalışırıq ki, seçkilərdə digər partiyaların iştirak etməsini nəzərə alıb, İctimai Palata ətrafında birləşməsinə nail olaq".

H.Kərimov hesab edir ki, son dövrlər Azərbaycan hakimiyyətinin müxalifətə təzyiq etməsi göstərir ki, seçkilərdə müxalifət birləşməsə, qələbə çalmaq mümkün deyil: "Artıq, bunu İctimai Palatada dərk edirlər. Elə memorandumun imzalanması da buna xidmət edir".

AXCP funksioneri İqtidaryönlü partiyaların da bir araya gəlməsinə münasibət bildirib: "Bu partiyalar iqtidarın xeyir-duası ilə yaradılıb. Onların birləşməsi gözləniləndi və buna normal yanaşırıq. Çünki onlar iqtidarın çörəyini yeyirlər".

İlkin
AzNews.az