14:15
(077) 610-22-33

Sabah hava yağmursuz olacaq

  • >
338 7 Fevral 2013 11:29 | Siyasət

Sabah ölkə ərazisində yağmursuz hava şəraiti gözlənilsə də, fevralın 9-da respublikanın bəzi ərazilərində yağıntılı olacaq.



Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, fevralın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi gündüz bəzi yerlərdə cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5 isti, gündüz 6-11 dərəcə isti olacaq. Bölgələrdə də hava şəraiti ayın 8-də yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

Fevralın 9-da paytaxtda buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 5-10 dərəcə isti. Bölgələrdə də ayın 9-da bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 isti, gündüz 11-16, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Fevralın 8-dən 10-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssəs insanlar üçün əsasən əlverişlidir.

AzNews.az
Bağla X