“Sərdar Cəlaloğlu ADP-də olan mübariz insanlardan nümunə götürsün” “Sərdar Cəlaloğlu ADP-də olan mübariz insanlardan nümunə götürsün”

Müsavat funksioneri Sərdar Cəlaloğluna öyüd-nəsihət verdi

“Sərdar Cəlaloğlu ADP-də olan mübariz insanlardan nümunə götürsün”




Sərdar Cəlaloğlu "Hürriyyət" qəzetinə veridiyi müsahibədə İsa Qəmbəri, Müsavat Paryiyasını sərt şəkildə tənqid edib. Eyni zamanda deyib ki, Azərbaycanı Müsavatdan və AXCP-dən daha çox istəyir:

"İsa Qəmbər, Əli Kərimli, AXCP, Müsavat bir şeyi başa düşmür ki, mən tənqidlərimi onları istəmədiyimə görə demirəm. Mən Azərbaycanı və Azərbaycan xalqını onlardan çox istədiyimə görə onları tənqid edirəm".
Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli isə deyib ki, S.Cəlaloğlunun seçki ilindən başqa gözləntiləri var. O da ola bilər ki, onu Müsavat başqanının seçki marafonunda irəliyə çıxması narahat edir: "İsa Qəmbərin Lənkərana qarşısı alınan səfərləri də onun reytinqinin artmasına təkan verib. Görünür, Sərdar Cəlaloğlu bunun qısqanclığını büruzə verir. Onun təftişlə məşğul olması şübhələrə yol açır".
Sərdar Cəlaloğlu Mustafa Hacıbəylinin dediklərinin 2 cümlə ilə cavab verib: "O kimdir, onun dediklərini şərh edim. İsa Qəmbər olsaydı, cavablandırardım".
Buna cavab olaraq Mustafa Hacıbəyli AzNews.az-a deyib ki, hər kəsin Müsavatı tənqid etmək hüququ var. Amma bu tənqiddə məntiq olmalıdır: "Bir tərəfdən deyir ki, Müsavat inqilabı körükləməməlidir, çünki inqilab faciədir. Digər tərəfdən deyir ki, İsa Qəmbər niyə İsmayıllıya yox, Lənkərana gedir. Yəni bir-birinə zidd fikirlər səsləndirir. Görünür, məqsəd Müsavata qarşı danışmaqdır".

M.Hacıbəyli Sərdar Cəlaloğluna öyüd, nəsihət də verib: "Müxalifət birləşmiş formadadır. ADP-nin də fədakar insanları İctimai Palatadadır. İP-in aksiyalarında ADP-nin ən mübariz insanları iştirak edir. Sərdar bəyi səmimi olmağa çağırıram. Müxalifətin birliyini istəyirsə, İP-ə qoşulsun. Ən azından ADP-də olan mübariz insanlardan nümunə götürsün".

İlkin
AzNews.az