Vasif Talıbov daha bir məmuru işdən çıxardı

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov daha bir məmurun işdən çıxarılması ilə bağlı sərəncam imzalayıb.

"Qafqazinfo"nun məlumatına görə, AM sədri Nadir Fərman oğlu Həsənovun Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilməsi barədə qərar verib.