16:17
(077) 610-22-33

İctimai Palata Əkrəm Əylisli ilə bağlı bəyanat yayıb

  • >
403 7 Fevral 2013 12:55 | Siyasət



İctimai Palata Əkrəm Əylisli ilə bağlı bəyanat yayıb. İP-dən AzNews.az-a daxil olan bəyanatda bildirilir ki, tanınmış yazıçı Əkrəm Əylislinin Azərbaycan-erməni münasibətləri mövzusunda qələmə aldığı "Daş yuxular" romanı cəmiyyətdə təpki ilə qarşılanıb, kəskin neqativ rəy və hərəkətlərə səbəb olub.

"Yazıçının özü və ailəsi isə həm də rəsmi hakimiyyətin repressiyası ilə üzləşib. İctimai Palata hər kəs kimi, Əkrəm Əylislinin də ifadə azadlığını, yaradıcılıq hüquqlarını qeydsiz-şərtsiz tanıyır, eyni zamanda, bu əsərdə erməni-Azərbaycan münasibətləri haqqında həqiqətlərin təhrif edilməsinə, Azərbaycan tarixinin saxtalaşdırılmasına, milli, mənəvi və dini dəyərlərimizin aşağılanmasına etirazların haqlı olduğunu qəbul edir və bu etirazlarla həmrəydir. Təəssüflə qeyd edilməlidir ki, müəllifin niyyətinin nə olmasından asılı olmayaraq bu roman Azərbaycan və erməni xalqları arasında münaqişənin aradan qalxmasına deyil, dərinləşməsinə xidmət edir, xalqlar arasında düşmənçilik və nifaq yayanların cəbbəxanasında yer tutur və Azərbaycana, onun xalqına qarşı istifadə olunacaq.

Bunları qeyd etməklə, İctimai Palata əsər ictimailəşdikdən sonra Ə. Əylisliyə və ailəsinə qarşı təqibləri, xüsusilə qaragüruhçu, səviyyəsiz divantutma çağırışlarını yolverilməz hesab edir və pisləyir", - deyə bəyanatda vurğulanır.

AzNews.az
Bağla X